“AccessBank” tərəfindən 2002-ci ildən verilmiş kreditlərin ümumi həcmi $2 mlrd.-ı ötüb. Bu barədə bankın məlumatında deyilir.
Məlumata görə, bank fəaliyyətə başladığı 2002-ci ildən 585 min kredit verib. Bu kreditlərin 90%-dən çoxu kiçik və orta sahibkarlara verilib.
“AccessBank”ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın Kfw, Access Holding, LFS Financial Systems GmbH şirkətləridir.
Bank aktivlərinin həcminə görə ölkənin aparıcı banklarının onluğuna daxildir.