Hesablama Palatası Saatlı rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatların yoxlamasını aparacaq. Bu barədə Hesablama Palatasından məlumat verilib.
“Yoxlama Saatlı rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsini əhatə edəcək”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, Palatanın kollegiyası öncə təhsil sistemində, avtomobil yollarının tikintisi üçün dövlət kapital qoyuluşlarının istifadəsi və s. aparılan yoxlamaların nəticələrini təsdiq edib.