Azərbaycan Suriyada qan tökülməsinin əleyhinədir və Suriya xalqının zülm çəkməsini istəmir. XİN belə bəyan edib.
“Buna görə Azərbaycan Annanın planını dəstəkləyir.Suyriyada yaranmış vəziyyətdən narahat olaraq biz tərəfləri güc tətbiq etməməyə çağırırıq”,- deyə XİN-in mətbuat katibi Elman Abdullayev cümə günü jurnalistlərə açıqlamasında bildirib.
“Ümid edirik ki, beynəlxalq ictimaiyyət Suriyadakı vəziyyətlə bağlı vahid fikrə gələcək və qan tökülməsinin qarşısı alınacaq”,- deyə E.Abdullayev əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanın Suriyadakı səfirliyi normal rejimdə işləməyə davam edir.”Bununla belə, biz Dəməşqdəki səfirlik əməkdaşlarının təhlükəsizlyi üçün narahat oluruq və Suriyadakı hadisələri diqqətlə izləyirik”,- deyə XİN nümayəndəsi bildirib.
E.Abdullayev Suriyada təhsil alan tələbələrimizlə bağlı məlumat verərək qeyd edib ki, “onların hamısı vətənə qayıdıb”.