Böyük Britaniyanın “Caspian Energy International Media Group LLC” şirkəti dövlət (milli) və transmilli neft-qaz şirkətlərinin reytinqinin hazırlanması üzrə qlobal tədqiqata başlayır. Bu barədə şirkətdən məlumat verilib.
İlk tədqiqat SOCAR şirkətinə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) həsr olunub. Tədqiqatda iki - əhali arasında sosioloji sorğu və top-menecerlər, menecerlər və neft-qaz və əlaqədar sahələrin, həmçinin dünyanın 50 ölkəsində abunəçilər arasında ekspert sorğusu üsuldan istifadə ediləcək.
Sorğu SOCAR-ın iştirak etdiyi bütün ölkələrdə, həmçinin şirkətin irimiqyaslı layihələr reallaşdırmağı planlaşdırdığı ölkələrdə aparılacaq.
Tədqiqat çərçivəsində neft-qaz, sosial, iqtisadi, beynəlxalq və SOCAR-ın digər fəaliyyətində müsbət və mənfi tərəfləri, reallaşdırılan layihələr çərçivəsində şirkət ilə əməkdaşlıq edən tərəfdaşların podratçıların və subpodratçıların qaqrşılaşdığı obyektiv və subyektiv problemləri öyrənməyi planlaşdırır.
O cümlədən, SOCAR-ın IPO-ya çıxış imkanı, şaquli-inteqrasiya edilən ən iri şirkətə çevrilmə, SOCAR-ın tərkibinə daxil olan neft-kimya və neft emalı kompleksinin inkişaf perspektivləri və s. öyrəniləcək.
Tədqiqat 2012-ci il sentyabrın 3-dən 2013-cü il iyunun 3-nə qədər keçiriləcək.
Yekunlar hər ay iki variantda abunə formasında təqdim ediləcək: eksklüziv və standart. Eksklüziv paketinin abunəçilərinin sorğu (həm əhali, həm də ekspert) üçün anketə əlavə suallar daxil etmək imkanı olacaq. Bu sorğunun yekunları bu qrupun abunəçilərinə eksklüziv təqdim ediləcək.