SOCAR “Günəşli” yatağındakı 4 saylı özüldə quraşdırılmış Kompressor Stansiyasını işə salıb. Bu barədə şirkətin saytında məlumat verilir.
Stansiya Dövlət Komissiyası tərəfindən istismara qəbul edilib.
“Günəşli” yatağında hasil olunan aşağı təzyiqli səmt qazları yığılaraq “Neft Daşları”ndakı 2 saylı Sıxıcı Kompressor Stansiyasına, oradan isə sahilə nəql ediləcək.
Kompressor stansiyası iki moduldan ibarətdir. Stansiyanın məhsuldarlığı sutkada 4 mln. kubmetr təşkil edir.
“Günəşli” yatağındakı 4 saylı Dərin Dəniz Özülü 1984-cü ildə tikilib, 1986-cı ildə əlavə olaraq 2 blokla genişləndirilib.