Azərbaycan Dövlət Rus Dram Teatrı Sankt- Peterburqa qastrola gedir.Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə teatrdan məlumat verilib.
Azərbaycan teatrı V.F. Komissarjevski adına Sankt Peterburq Dövlət Akademik Dram Teatrı tərəfindən dəvət olunub.Sentyabrın 25-də teatr görkəmli dramaturq M.F.Axundovun”Müsyö Jordan və Dərviş Məstəli şah” adlı komediyası əsında hazırlanmış tamaşanı nümayiş etdirəcək.Tamaşaya Azərbaycanın xalq artisti, Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski quruluş verib.
Rus Dram teatrı Sank-Peterburqa qastrol dəvətini Moskvada Rusiyanın xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Rusiya Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyaginin rəhbərlik etdiyi "ET CETERA” teatrının səhnəsində bu tamaşanı uğurla oynadıqdan sonra alıb.