"Aqrolizinq" ASC aqroservis filiallarının və emalatxanaların tikintisi üçün tender elan edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə ASC-dən məlumat verilib.
Elana əsasən, tender iki lot üzrə keçirilir.
1-ci lot Balakən, Şabran və Lənkəran filiallarında aqroservis filiallarının tikintisini nəzərdə tutur. İştirak üçün dövlət rüsumu 1 min manat təşkil edir.
İkinci lot aqroservis filiallarında emalatxanalar üçün avadanlığın alınmasını nəzərdə tutur, dövlət rüsumu 400 manat təşkil edir.
Qalibin seçilməsində aşağıdakı meyarlar nəzərə alınacaq: aşağı qiymət, standartlara uyğunluq, keyfiyyət zəmanəti və müqavilənin icra müddəti.
Şirkətlərin təklifləri sentyabrın 4-nə qədər qəbul ediləcək. Tender proseduru sentyabrın 5-də keçiriləcək.
"Aqrolizinq" ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.