Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 38 nəfər narkoman və narkotik maddə alverində şübhəli bilinən 2 nəfər saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ümumilikdə, narkomanlardan 14,72 qram marixuana, 5,89 qram tiryək, 3,054 qram heroin aşkar edilərək götürülüb.
Keçirilən əməliyyatlar nəticəsində narkotik maddələrin satışında şübhəli bilinən şəxslərdən 48 kq çətənə, 95 qram heroin həşiş aşkar edilib.
Bundan başqa, DİN əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarında yabanı halda bitən 6,150 ton çətənə aşkarlanaraq məhv edilib.