Oktyabrın 20-də Moskvada Vokalçıların Müslüm Maqomayev adına Beynəlxalq Müsabiqəsi keçiriləcək. Bu barədə SSRİ xalq artisti, Böyük Teatrın solisti, GİTİS-in vokal kafedrasının müdiri, professor Tamara Sinyavskaya bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində məlumat verib.
“Vokalçıların Müslüm Maqomayev adına Beynəlxalq Müsabiqəsində iştirak etmək üçün 250 vokalçı ərizə verib. Onlardan 17-18 nəfər ən yaxşı vokalçı adı uğrunda mübarizə aparacaq. Müsabiqənin keçirilməsinə hazırlıq aprel ayından etibarən aparılır”, - deyə T.Sinyavskaya “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, bu tədbirdə iştirak etmək üçün “çox layiqli vokalçılar buraxılmalıdır, çünki M.Maqomayev çox yüksək dərəcəli müğənni olub və müvafiq plankadan aşağı düşmək olmaz”.
“Müsabiqənin laureatlarının yaradıcılıq fəaliyyətini izləyən Müslim Maqomayev Fondu mövcuddur. Demək istərdim ki, bu müsabiqədə qələbə qazanmaq ifaçıların gələcəkdə yaradıcılığında müsbət rol oynayır”, - deyə müğənnni bildirib.
Onun sözlərinə görə, müsabiqə iki ildən bir keçirilir.
T.Sinyavskayanın ustad dərsləri keçirəcəyinə aid “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab olaraq müğənni qeyd edib ki, məmnuniyyətlə özü də öyrənərdi.
“Mən iki günlük ustad dərsləri keçirdim, 100% əmək sərf edərək özümü gücsüz hiss etdim”, - deyə o bildirib. T.Sinyavskaya həmçinin qeyd edib ki, məmnuniyyətlə özü ustad dərslərində iştirak edərdi. “Mən də səhvlər buraxıram, istərdim ki, məni də dinləsinlər”, - deyə o vurğulayıb.
Həyat yoldaşı Müslüm Maqomayevin kifayət qədər tez səhnədən getməsi barədə danışaraq, T.Sinyavskaya izah edib ki, müğənni insanların yaddaşında “təmiz və qüvvətli səsi olan gənc və yaraşıqlı ifaçı” kimi qalmaq istəyib. “Bir müğənni kimi mən onu anlayıram. Əminəm ki, o tam düzgün hərəkət edib”, - deyə o vurğulayıb.