Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri 2012-ci il iyulun 1-nə 5 mlrd. 145 mln. manat təşkil edib.Bu barədə ABB-nin mətbuat xidmətinin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2012-ci il yanvarın 1-nə ABB-nin aktivləri 5 mlrd.13,836 mln. manat təşkil edib.Beləliklə, 2012-ci ilin I yarısında ABB-nin aktivləri 2,6% artıb.
Bankım məlumatında qeyd olunur ki, 2011-ci ilin 1 iyulu ilə müqayisədə ABB-nin aktivləri 4% artıb.
Məlumatda qeyd olunur ki, 2012-ci il iyulun 1-nə bankın kredit portfeli 3,7 mlrd. manat ( yarım il ərzində artım 17,3%-İF-Az)təşkil edir.Keçən ilin müvafiq dövrü ilə müqayisədə bankın kredit portfeli 12% artıb.Bununla yanaşı, fiziki şəxslər üzrə kredit portfelinin həcmi cari il iyulun 1-nə 445 mln. manata bərabərdir.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.