Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Halal” ət məhsulları ilə bağlı 3 standart tətbiq edib. Bu barədə Komitənin məlumatında deyilir.
Xüsusilə “Halal” ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər”, “Halal” termininin istifadəsi üzrə ümumi qaydalar” və “Halal” qida. Ümumi tələblər” standartları təsdiq edilib.
Standartlar “Halal” markalı ət məhsullarının istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələbləri, keyfiyyət və təhlükəsizlik göstəricilərini müəyyən edir.
Bundan başqa, standartların tələblərinə əsasən, bütün bu prosedurlar İslam normalarına uyğun həyata keçiriləcək
Standartlar 2012-ci ilin avqustun 1-dən tətbiq ediləcək.