Azərbaycanın cənubunda, Yardımlı rayonunda baş verən yol nəqliyyat hadisəsi üç nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnib.Bu barədə “İnterfaks -Azərbaycan”agentliyinə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
“VAZ” markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə maşının sürücüsü və iki sərnişin hadisə yerində həlak olublar. Daha bir nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Ölümlə nəticələnən daha bir yol qəzası Bakıda baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən,Bakının Mərdəkan qəsəbəsində “ Qaz 24102 markalı avtomobil sərnişin avtobusu ilə toqquşub.Qəza nəticəsində minik maşınının sərnişini həyatını itirib.
Hər iki fakt üzrə araşdırma aparılır.