“Yaşıl düşüncə” tərzinin formalaşdırılması və gənclərin ətraf mühitin mühafizəsi sahəsində fəal iştirakını təmin etmək məqsədilə “Təmiz Şəhər” ASC tərəfindən davamlı şəkildə müxtəlif tədbirlər həyata keçirilir.
“Təmiz Şəhər” ASC növbəti maarifləndirmə aksiyasını - “Sabahı düşün!” şüarı altında internet istifadəçilər üçün hazırladığı fleşmobu (iMobu) ictimaiyyətə təqdim etmişdir.
Aksiyanın keçirilməsində və internet rolikin hazırlanmasında əsas məqsəd gənclər arasında “yaşıl düşüncə” tərzinin formalaşdırılması, onlara ətraf mühitin mühafizəsinə daha məsuliyyətli yanaşmağın aşılanması və tullantıların düzgün idarəolunmasında gənclərin fəal iştirakını təmin etməkdir.
“Sabahı düşün!” şüarı altında keçirilmiş aksiyada tullantıların ətraf mühitə, təbiətə mənfi təsirləri barədə məlumat verilmiş, tullantıların düzgün idarəedilməsinin əhəmiyyəti vurğulanmışdır. Bu fleşmob gəncləri təmizliyin qorunmasında daha fəal iştiraka səsləyir, onlarda “yaşıl düşüncə” tərzinin formalaşdırılmasını stimullaşdırır.
Qeyd: Roliki http://www.youtube.com/watch?v=f6MBDC3Mf00 linki vasitəsi ilə izləmək olar
Mətbuat Xidməti