“Azərsu” ASC 2013-cü ilə içməli su və tullantı sularının tərkibinin müasir metodlarla öyrənilməsi məqsədi ilə yeni mərkəzi laboratoriyanın tikintisini başa çatdıracaq .Bu barədə cəmiyyətin məlumatında bildirilir.
“Azərsu” ASC-nin prioritetlərinə daxil olan əsas məsələlərdən biri əhalini Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etməkdir”,- deyə məlumatda qeyd olunur.
Bunlara nail olmaq üçün hazırda “Azərsu” ASC həm Abşeron yarımadasında, həm də regionlarda dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına layihələr icra edir
“Bu layihələrdən biri də içməli su və tullantı sularının tərkibinin müasir metodlarla öyrənilməsi məqsədi ilə yeni mərkəzi laboratoriyanın tikintisidir. İnşasına 2011-ci ilin oktyabrında başlanıb 2012-ci ilin sonuna qədər istismara veriləcək yeni laboratoriyada ABŞ, Almaniya və digər ölkələrin istehsalı olan ən son texnoloji avadanlıqlar quraşdırılacaq. hazırda həmin avadanlıqlarla işləyəcək mütəxəssislərin hazırlanması prosesinə başlanılıb”,- deyə məlumatda bildirilir.