Bakı Musiqi Akademiyasının tələbələri TÜRKSOY Gənclər Kamera Orkestrinin tərkibində Türkiyənin bir sıra şəhərlərində keçiriləcək konsertlərdə iştirak edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Orkestrin tərkibinə Azərbaycan nümayəndələri ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Başqırdıstan və Tatarıstanın istedadlı gənc musiqiçiləri daxildir.
Konsertlər 22 avqust - 8 sentyabr tarixlərində keçiriləcək.
Orkestr ötən il Türkiyədə və ABŞ-da təşkil edilmiş konsertlərdə uğurla iştirak edib.