Ukraynada yaşayan azərbaycanlılar qısa vaxt ərzində güclü diaspora çevrilməyi baçarıblar. Dünya Ukraynalılarını Əlaqələndirmə Şurasının sədri Mixail Ratuşnı belə deyib.
“Ukraynada 500 min azərbaycanlı yaşayır və onlar çox nüfuzlu diaspor təşkilatını təşkil edirlər”,- deyə o çərşənbə günü Bakıda mətbuat konfransında bildirib
Onun sözlərinə görə, Dünya Ukraynalılarını Əlaqələndirmə Şurasının Azərbaycan diasporu ilə münasibətləri yalnız formal xarakter daşımır, iki təşkilatın təmsilçilərinin çox yaxşı şəxsi münasibətləri var.
M.Ratuşnı deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) fəaliyyət göstərdiyi müddət ərzində xoş təəssuratlar yaradan uğurlara nail olub.”Siz diaspor təşkili məsələsinə gec başlamısınız, lakin çox sürətlə onun inkişafına nail olmusunuz ,hətta biz sizin təcrübənizdən faydalana bilərik”.- deyə o qeyd edib.
M.Ratuşnı bildirib ki, diaspora səviyyəsində əlaqələrin möhkəmlənməsi Azərbaycan və Ukrayna arasında münasibətlərin strateji xarakter almasına imkan yaradır
O qeyd edib ki, Azərbaycanda olduğu müddətdə o Prezident Administrasiyasında, Diasporla İş üzrə Dövlət Komitəsində görüşlər keçirib.