İstənilən iqtisadiyyatın, siyasətin və mədəniyyətin inkişafı birbaşa elmin inkişafından asılıdır. Bu barədə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkasında bəyan edib.
“Bizim əsas məqsədimiz Azərbaycanda elmə, iqtisadi və siyasi biliklərə əsaslanan cəmiyyətin qurulmasıdır”, - deyə o qeyd edib.
E.Aslanov Azərbaycan elminin daha geniş dünya bazarına çıxarılmasının vacibliyini vurğulayıb. "Alimlərimiz elmimizi təkcə Azərbaycan dilində deyil, həm də rus, ingilis və başqa dillərdə təbliğ etməlidirlər. Biz Azərbaycan alimlərinin ölkə hüdudlarından kənarda tanınmasına, elmimizin bütün dünyada inkişaf etməsinə çalışırıq", - deyə şöbə müdiri bildirib.