2012-ci ilin I yarısında Azərbaycan Beynəlxalq Bankının (ABB) mənfəəti 16,82 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16,7% çoxdur. Bu barədə bankın məlumatında deyilir.
Hesabat dövründə bankın gəlirləri 179 mln. manat təşkil edib (artım 5%).
2012-ci il iyulun 1-nə ROA əmsalı 0,34%, ROE əmsalı isə 3,9%-ə bərabər olub. Bu göstəricilər 2011-ci il iyulun 1-nə 0,11% və 1,24% olub.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.