ULTRA informasiya texnologiyaları şirkəti Bank Standardın "Mail Bank” sisteminə qoşulmuş müştərilərinə texniki dəstək göstərəcək.Bu barədə şirkətin saytında məlumat verilir .
Texniki dəstək göstərilməsi üçün müvafiq saziş imzalanıb.
“Mail Bank” modulu poçt protokolları vasitəsilə müştərilərə distant xidmətin göstərilməsi üçün nəzərdə tutulub. «Mail Bank» modulundan istifadə edilərkən ödəniş tapşırığı bank işçiləri tərəfindən deyil, məhz müştərinin özü tərəfindən elektron şəkildə olmaqla hazırlanır ki, buda bank tərəfindən ödəniş sənədlərinin sürətinin artırılmasına imkan verir.
“Mail Bank” sistemi Rusiya, Ukrayna və Belorusun bank sektorunda geniş yayılıb.
Bank Standard fəaliyyət göstərmək üçün lisenziyanı 1995-ci ildə alıb,hazırda Azərbaycanın beş aparıcı bankından biridir.