Azərbaycan və Ermənistan qoşunlarının təmas xətində atəşkəsin tez – tez pozulmasının səbəbi Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsidir.Milli Məclisin deputataı, professor Musa Qasımlı belə bəyan edir.
“Məhz Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında olması faktı silahlı insidentlərə səbəb olur.Həm də nəzərə almaq lazımdır ki, atəşkəs rejiminin tez -tez pozulması bütün cəbhə boyu olmasa belə , cəbhənin ayrı -ayrı hissələrində lokal döyüşlərə gətirib çıxara bilər”,- deyə M.Qasımlı “İnterfaks -Azərbaycan “agentliyinə bildirib
O Avropa Şurasının sədri Herman Van Pompey və ATƏT-in baş katibi Lamberto Zanyerin münaqişədə status- kvonun saxlanılmasının qəbuledilməz olması barədə son bəyanatlarını şərh edərək söyləyib ki, Ermənistanın Dağlıq Qarabağı və ona bitişik rayonları işğal altında saxlaması səbəbi ilə bu vəziyyət dəyişməz olaraq qalır.” Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticə vermir.Deməli, yaranmış vəziyyət , yəni status –kvo dəyişdirilməlidir.Başqa sözlə, Ermənistan Silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.- deyə deputat vurğulayıb.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.