2012-ci ilin iyun ayında Bakının ilkin daşınmaz əmlak bazarında qiymətlər may ayı ilə müqayisədə 1,2% ucuzlaşıb və 1 kv.m üçün 810,4 manat təşkil edib. Bu barədə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən məlumat verilib.
“2012-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə orta qiymət 4,4%, 2011-ci ilin iyun ayının göstəricisi ilə müqayisədə 3,2% azalıb”, - deyə məlumatda bildirilir.
Yeni tikililər daha çox paytaxtın Yasamal, Xətai və Nəsimi rayonlarında qeydə alınıb.
Cari ilin iyun ayında birlik tərəfindən Bakıda 150 tikinti şirkəti tərəfindən 420 yeni binanın tikilməsi qeydə alınıb.