Iyulda Yardımlı rayonunda taxıl yığımına başlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Bu günə artıq 2300 hektardan 4,485 min ton taxıl yığılıb. Fermerlərin sözlərinə görə, bu il məhsuldarlıq hər hektardan 19,5 sentner təşkil edir. Mütəxəssislər qeyd edirlər ki, yüksək məhsuldarlığa yerli sort Azəri, Əzəmət və Bezos toxumlardan istifadə və həmçinin aqrotexniki xidmətlərin düzgün göstərilməsi və gübrələrdən istifadə hesabına nail olmaq mümkün olub.
Bu il taxıl üçün əkin sahələri 3,2 hektar təşkil edir, bunların 70%-i – buğda üçün istifadə edilib.
2011-ci ildə rayonda buğda yığımı 4,865 min ton, arpa yığımı – 480 ton, məhsuldarlıq hər hektardan 18,9 sentner təşkil edib.