Azərbaycanın Olimpiya yığmasının forması Londonda satışa çıxarılıb. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İtaliyanın məşhur “Ermanno Scervino” firmasının forması eyniadlı mağazada satışa qoyulub. Firmanın menecerinin sözlərinə görə, iki gün ərizndə artıq bir neçə komplekt satılıb.
Olimpiyaçıların geyimlərini İtaliyanın “Ermanno Scervino” Moda evi hazırlayıb. Firma ötən il Qış Olimpiya Oyunlarında çıxış etmələri üçün Rusiya yığmasının geyimlərini hazırlayıb.
İtaliya Londonda keçiriləcək Olimpiya oyunlarında ölkəmizi təmsil edəcək idmançıların formalarının dizaynı üçün Azərbaycan tərəfindən elan edilən tenderin qalibi olub.
Tender Rusiya, Slovenya, İsveçrə və İtaliya dizayner evləri arasında keçirilib. İtaliyanın “Ermanno Scervino” Moda evi qalib elan edilib. Bu moda evinin rəhbəri Toni Scervino ilə əməkdaşlıq hələ 2011-ci ildə başlanılıb.