Azərbaycan Prezidenti İlham Əliyev dövlət dilinin təkmilləşməsinə xüsusi diqqət ayırır.”525-ci qəzet”in redaktoru Rəşad Məcidli belə söyləyib.
“Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında tez-tez dilçiləri yaxşı mənada təəccübləndirən ifadələrdən istifadə edir.Başqa sözlə, dövlət başçısı həm şəxsi, həm də ictimai nöqteyi nəzərdən daima Azərbaycan dilinin təkmilləşməsi üzərində çalışır”.- deyə R.Məcidli söyləyib.
Cümə günü Bakıda Milli Elmlər Akadmiyası tərəfindən Azərbaycan Prezidenti tərəfindən 2012-ci il mayın 23-də imzalanmış “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”sərəncamı çərçivəsində yaradılmış İşçi Qrupun iclasında çıxış edən R.Məcidli qeyd edib ki, məmurların dövlət dilini yüksək səviyyədə bilməsi dilin inkişafı nöqteyi-nəzərindən əhəmiyyət daşıyır.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov öz çıxışında orta məktəblərdə Azərbaycan dilinin tədrisinin aşağı səviyyədə olmasını qeyd edib.”Buna görə, məktəblərdə dövlət dilinin tədrisinə xüsusi diqqət ayrılmalıdır”,- deyə o qeyd edib. O həmçinin, “Azərbaycan” Dövlət Nəşriyyatında dilin keyfiyyətinin yüksəldilməsi üçün korrektor şöbəsinin yaradıması təşəbbüsü ilə çıxış edib
İşçi Qrupun sədri, Slavyan Universitetinin rektoru Kamal Abdullayev öz çıxışında dərslik və elmi nəşrlərdə, KİV-lərdə , hətta afişa və elanlarda Azərbaycan dilinin keyfiyyətinin aşağı səviyyədə olmasından gileylənib.”Bununla əlaqədar, biz İşçi Qrup olaraq bu sahədə vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş mexanizmləri dövlət proqramına daxil etmək qərarına gəlmişik”.- deyə K.Abdullayev qeyd edib.