2012-ci ilin iyun ayında Bakıda təkrar avtomobil bazarında orta qiymətlər may ayı müqayisədə dəyişməyib və 16,2 min manat səviyyəsində qalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə avtomobil bazarının monitorinqini keçirən “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən məlumat verilib.
Monitorinq təkrar bazarda 16 min avtomobili əhatə edib ki, onların da 27,4%-i bazara iyunda daxil olub.
Həmin ay avtomobil bazarında təkliflər 1,7% artıb.
2012-ci ilin iyun ayında “Mercedes-Benz” markalı avtomobillər ümumi təklif portfelində 35% payla təkrar bazarda liderliyi qoruyub saxlayıb.