Sahibkarliğa Kömək Milli Fondu (SKMF)Azərbaycanda sahibkarlara müvəkkil kredit təşkilatları vasitəsi ilə 2012-ci ilin əvvəlindən ümumi məbləği 120 mln. manata bərabər olan güzəştli kreditlər verib.Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilir.
Məlumatda SKMF-nin icraçı direktoru Şirzad Abdullayevə istinadən qeyd olunur ki, ilin əvvəlindən fondun vəsaitləri hesabına 1429 layihə investisiyalaşdırılıb.
“Bu layihələrin kreditləşdirilməsi 6 mindən çox yeni iş yeri yaratmağa imkan verəcək”.- deyə Ş.Abdullayev söyləyib.
Cümə günü SKMF Qax rayonunda “Regionlarda sahibkarlığa dövlət dəstəyi proqramı” çərçivəsində tədbir keçirib.Tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.
Ş.Abdullayev qeyd edib ki, Şəki,Zaqatala rayonlarında 1215 layihənin kreditləşməsinə 67,5 mln. manat, o cümlədən yeni texnologiyaların tətbiq edilməsinə əsaslanan 12 layihəyənin kreditləşməsinə 28,6 mln. manat vəsait ayrılıb.
“Cümə günü Qax və ona yaxın rayonlarda fəaliyyət göstərən 48 sahibkar ümumi məbləği 853 min mnanata bərabər olan güzəştli kreditlər alıb.Bu layihələrin kreditləşdirilməsi 90 yeni iş yerinin yaradılmasına şərait yaradacaq”.- deyə məlumatda qeyd olunur.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat kredit verilməsini planlaşdırır.