Dövlət Xəzinədarlığı Agentliyi dövlət büdcəsinə daxilolmaların Xırda Ödənişlər üzrə Hesablaşma Kliring Sistemi (XÖNKS) ilə həyata keçirildiyi rayonların sayını artırır.Bu barədə Vergilər Nazirliyinin saytında məlumat verilir.
Nazirliyin məlumatına əsasən, 2012-ci il avqustun 1-dən Dövlət Xəzinadarlığı Agentliyi Saatlı, Göyçay, Tovuz, Gədəbəy rayonlarında dövlət büdcəsinə bütün daxilolmaları XÖNKS sistemi vasiytəsi ilə həyata keçirəcək.
“Elektron ödəniş sisteminin inkişafı və dəstəklənməsi, Xəzinədarlığın hesabına daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması sahəsinin inkişaf etdirilməsi, büdcə daxilolmalarının daha səmərəli istifadə edilməsinin təmin edilməsi, bu sahədə nəzarətin gücləndirilməsi və məlumatların daha operativ emal edilməsi məqsədilə həyata keçirilir”,- deyə məlumatda bildirilir.
Dövlət Xəzinədarlığı Agentliyi daha öncə İsmayıllı, Qəbələ, Şamaxı, Beyləqan, Bərdə, Ağcabədi, Lənkəran, Şirvan. Yevlax, Kürdəmir, Cəlilabad, Biləsuvar rayonlarında da analoji təcrübə aparıb.