Ötən həftə Azərbaycan polisləri axtarışda olan 68 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 19 nəfər həlak olub, 7 nəfər yaralanıb, 7 nəfər intihar edib, 11 yanğın baş verib, nəticədə 2 nəfər yanıq xəsarətləri alıb.
2 nəfər qətldə, 7 nəfər sui-qəsddə və qəsdən xəsarət yetirməkdə, 7 nəfər qarət və soyğunda, 21 nəfər oğurluqda, 5 nəfər avtomobil qaçırmaqda, 1 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Həmçinin, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 3 fakt qeydə alınıb.