Bu həftə ABŞ dövlət katibi Hillari Klintonun Afrika turnesi başlayır. O, Cənubi Sudana səfər edəcək. Bu dövlət H.Klintonun səfər etdiyi 102-ci ölkə olacaq.
Dövlət katibi səfərlərin sayına görə ABŞ Dövlət Departamentinin rekordlar kitabına düşüb.
H.Klinton Cənubi Sudanda ölkənin müstəqilliyinin birinci ildönümü münasibətilə mərasimdə iştirak edəcək. Bundan başqa, o, Uqanda, Keniya, Malavi, CAR və Seneqala baş çəkəcək.