Yaxin Şərqdəki gərginlik, İranla bağlı vəziyyət Bakı və İrəvana Qarabağ münaqişəsinin həlli məsələsində fəallaşmaq üçün təkan verməlidir.Rusiyalı siyasətçi Qriqori Trofimçuk “İnterfaks -Azərbaycan” agentliyinə belə söyləyib.
“Başa düşmək lazımdır ki, bütün bu regionda - Yaxın Şərqdə və böyük Qafqazda ehtimal olunan qlobal hadisələr fonunda bu hadisələr münaqişə tərəflərini təkcə hansısa bir razılaşdırılmış mövqeyə yox, hər ehtimala qarşı Dağlıq Qarabağın bu fonda bir qədər başqa, daha aşağı səviyyəyə gedəcəyi anlayışı ilə olan hansısa bəyanata sövq edəcək”,- deyə o bildirib.
Siyasətçinin sözlərinə görə Azərbaycanın, həm də Ermənistanın ola bilsin ki, hətta Rusiyasız belə müstəqil şəkildə aralarında mövcud olan problemlərin həllinə başlamaq iqtidarında olduqlarını dünyaya göstərmələri lazımdır.. Beynəlxalq aləm olduqca uzun aralıq dövr ərzində ilk dəfə olaraq Azərbaycan və Ermənistan tərəfindən belə bir təşəbbüsün olduğunu gördüyü halda, həm dünya, həm də İran əleyhinə əməliyyatların arxasında duran həmin qüvvələr bu vəziyyəti təhlil etmək məcburiyyətində qalacaqlar. Və müvafiq olaraq yenə də bu təqdirdə də hətta kiçik də olsa bəzi üstünlüklər, Azərbaycanın, bəlkə də Ermənistanın əlində olacaq”,- deyə Q.Trofimçuk qeyd edib.
Siayasətçi qeyd edir ki, Cənubi Qafqaz “kimlərinsə yürütdüyü siyasətin girovuna çevrilməmək üçün özünü bir qədər başqa cür göstərməlidir”.
“Cənubi Qafqaz ölkələrinin özləri öz siyasətlərini yürütməlidirlər. Bu halda onlar özlərində təkcə antiiran problemini həll etməyəcəklər, istisna etmirəm ki, Qarabağ münaqişəsi də öz həllini tapmağa başlayacaq”,- deyə Q.Trofimçuk vurğulayıb.