"Thames Insurance Group" sığorta şirkəti adını “Buta Sığorta” ilə əvəz edib. Bu barədə şirkətin məlumatında deyilir.
"“Thames Insurance Group” iyulun 26-dan “Buta Sığorta” kimi fəaliyyət göstərir", - deyə məlumatda qeyd edilir.
“Thames Insurance Group” 1996-cı ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 5,8 mln. manata bərabərdir.
2011-ci ildə şirkətin sığorta haqlarının həcmi 612,495 min manat, ödənişləri 140,114 min manat təşkil edib.