Azərbaycanda banklar tərəfindəin cəlb edilən əhalinin sığorta ediləcək əmanətləri üzrə maksimal siğorta dərəcəsi azaldıla bilər.Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov belə hesab edir.
Hazırda fond əhalinin illik 12% dərəcəsi ilə cəlb edilmiş əmanətlərini sığortalayır.
“Hazırda bankların əhalidən cəlb etdiyi əmanətlər üzrə dərəcələrin azalma tendensiyası müşahidə olunur.Buna görə, əhalinin sığorta ediləcək əmanətləri üzrə maksimal dərəcələrin dəyişilməsi gözlənilir”,- deyə A.Cavadov çərşənbə axşamı mətbuat konfransında “İnterfaks- Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırarkən bildirb.
Onun sözlərinə görə, banklardan alınan məlumatların təhlili əhalidən 12%-dən çox dərəcə ilə cəlb olunan əmanətlərin həcminin azalacağını göstərir.
A.Cavadov əlavə edib ki. ADIF növbəti rüblərdə “bankların əhalidən cəlb etdiyi vəsait dərəcələri trendini izləyəcək”
Fond başçısı qeyd edib ki, əhalinin 30 min manat məbləğində sığortalanmış əmanətlərinin maksimal həcminə yenidən baxılmayacaq .”MDB ölkələri arasında bu ən yülsək həddir.Misal üçün Qazaxıstanda əhalinin sığorta ediləcək əmanətlərinin maksimal həddi $30 min, Rusiyada $22 min, Türkiyədə 50 min Türkiyə lirəsi ( 25 min Azərbaycan manatına bərabərdir) təşkil edir”,- deyə o qeyd edib.
A.Cavadov əlavə edib ki, ADIF-ın hesablamalarına görə, banklarda əhalinin əmanətləri artacaq.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunan “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı ilə yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üçün lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
42 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.