İyulun 30-na Azərbaycanda taxıl yığımı 2 mln. 519,779 min tona çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ilin analoji dövrünə olan məlumata görə, bu rəqəm 2 mln. 257,395 min ton təşkil edib.
DSK-nın əməkdaşı qeyd edib ki, bu məhsul 965,5 hektarradn yığılıb, bu isə taxıl üçün bütün əkin torpaqlarının 97%-ni təşkil edir.
Statistika məlumatlarına əsasən, ən çox taxıl Çəki rayonunda – 238,9 min ton, Cəlilabad rayonunda – 131,2 min ton, Ağsu rayonunda – 102,5 min ton, Neftçala rayonunda – 102,1 min ton yığılıb.
Taxıl məhsuldarlığı hər hektardan 26,1 sentner təşkil edir.
Ən çox məhsuldarklıq Çəmkir rayonunda (hər hektardan 38,7 sentner), Saatlı rayonunda (hər hektardan 36,3 sentner), Bərdə rayonunda (hər hektardan 34 sentner), Şəki rayonunda (hər hektardan 33,1 sentner) müşahidə olunur.
Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, 2012-ci ildə Azərbaycanda taxıl yığımı 2 mln. 650 min ton təşkil edə bilər.
Xəbər verildiyi kimi, 2011-ci ildə Azərbaycanda taxıl yığımı 2 mln. 458,8 min ton təşkil edib.