Azərbaycan hökuməti Xəzər sahili boyunca yeddi radiolokasiya stansiyasının quraşdırılmasını öz üzərinə öhdəlik olaraq götürüb. Bu stansiyalar hərbi-dəniz donanması, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən dəniz kəşfiyyatının aparılması və qaçaqmal təhlükəsinin aşkarlanması məqsədilə istifadə olunacaq. Bu barədə ABŞ Dövlət Departamenti 2011-ci ildə dünyada terrorçuluğa qarşı mübarizəyə dair hesabatında bildirilir.
“Radiolokasiya stansiyasının quraşdırılması kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması proqramı çərçivəsində həyata keçirilir”, - deyə hesabatda vurğulanır.
Bundan başqa, hesabata əsasən, terrorizm təhlükəsi ilə mübarizə çərçivəsində Azərbaycan Gəncə beynəlxalq aeroportunda yeni portal monitorlar quraşdırıb. “Azərbaycan həmçinin sərhəd keçmələrə dair portal monitorlardan alınan informasiyaların mərkəzləşdirilməsi məqsədilə Milli Kommunikasiya Sistemi (pilot layihə) quraşdırıb”, - deyə hesabatda qeyd olunur.
Sənəddə vurğulanır ki, Azərbaycan terror təşkilatlarına, Qafqaza insanların, pulların və materiallların keçirilməsinə qarşı aktiv mübarizə aparıb. Azərbaycan höküməti terrorizmlə əlbir olanların iştirakını azaldaraq və onların fəallığına əngəl törədərək müvəffəqiyyətlərə nail olub.