Yanğınsöndürənlər Bakının Binəqədi rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı yataqxanda baş verən yanğını söndürməyə çalışırlar.”İnterfaks -Azərbaycan”agentliyinin müxbiri hadisə yerindən məlumat verir.
Çərşənbə günü səhər saatlarında beşmərtəbəli binanın üst qatlarında başlayan yanğın 20-yə yaxın mənzili, eləcə də yaxınlıqdakı ticarət obyektlərini əhatə edib.Bina sakinləri burada müxtəlif ticarətlə məşğul olurdular.Yanğın binanın eyvanlarındakı tez alovlanan materiallar vasitəsi ilə sürətlə binadakı qonşu mənzillərə də yayılıb.
Yanğının söndürülməsinə 15 yanğinsöndürən briqada cəlb olunub.
Zərərçəkmişlər barədə məlumat daxil olmayıb.