Qərb aləminin İrana qarşı mümkün müharibəsi Rusiya hərbçilərinin Azərbaycanda, məhz qəbələ RLS-də iştirakını yolverilməz edir.Rusiyalı siyasətçi Maksim Minayev belə hesab edir.
“Anti-İran hərbi kampaniyası zamanı Azərbycan ən yaxşı halda ABŞ və İsrailin başçılıq etdiyi koalisiyaya daxil olacaq.Bu halada Azərbaycanda anti-İran kaolisiyanın qüvvələri yerləşdirilə bilər və Rusiyanın burda iştirakı yerinə düşməz”.- deyə ekspert “İnterfaks- Azərbaycan”agentliyinə bildirib.
Siyasətçinin sözlərinə görə, Azərbaycan Qərbin anti-İran siyasətinə dəstək barədə təminat verməsə də, bu tamamilə mümkündür.”Hər halda bu ssenari artıq bir neçə aydır müzakirə olunur. gələcəkdə də müzakirə olunacaq və bunu nəzərə almamaq olmaz”.- deyə o qeyd edib.
Bununla yanaşı, M.Minayev əmindir ki, yaxın zamanlarda İrana hərbi müdaxilə olmayacaq.”Mənim fikrimcə, hərbi ssenari bu il həyata keçirilməyəcək.Hərbi müdaxiləni təsdiq edə bilən yeganə ölkə ABŞ-dır, onlarda isə seçkilər olacaq.Düşünmürəm ki, seçkilər ərəfəsində Amerika prezidenti ciddi hərbi əməliyyatların başlanmasına icazə verə bilər.Üstəlik, İrana hərbi müdaxilə ciddi nəticələrə səbəb ola bilər”,- deyə ekspert vurğulayıb.