Bakıda qaçqınların məskunlaşdığı yataqxanada baş verən yanğın söndürülüb.Bu barədə”İnterfaks -Azərbaycan” agentliyinin müxbiri hadisə yerindən məlumat verir.
Yanğınsöndürənlər hazırda yanğın mənbələrinin aradan qaldırılması üzrə işləri başa çatdırırlar.
Xəbər verildiyi kimi, məlum olmayan səbəblərdən baş vermiş yanğın nəticəsində onlarla mənzil yanıb, demək olar ki binanın yarısı yanğından ziyan çəkib
“İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhəri Təcili və Tibbi Yardım Stansiyasından bildirilib ki, yanğınla əlaqədar onlara arterial təzyiqin yüksəlməsi və əsəb pozuntusu şikayətləri ilə 6 nəfər müraciət edib.