Azərbaycanlı idmançı Aleksandr Aleksandrov 2000 metr məsafəyə akademik avarçəkmədə London Olimpiadasının finalına çıxıb.
Çərşənbə günü A.Aleksandrov ikinci yarımfinal yarışında üçüncü yeri tutub ki, bu da ona akademik avarçəkmədə finala çıxmağa imkan verib. Yarımfinalda Aleksandrovun göstəricisi 7:20.80 olub.
Finalda azərbaycanlı avarçəkənin rəqibi avstraliyalı Maks Drisdeyl, isveçli Lassi Karonen, almaniyalı Marsel Haker, çexiyalı Ondrey Sinek və britaniyalı Alan Kempbel olacaq.
Hələ ki, Olimpiadada Azərbaycanın hesabında bir bürünc medal var.