2012-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında ÜDM-nin həcmi 885 mln. 96 min manat ($1,127 mlrd.) təşkil edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 14% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Naxçıvan MR-nın Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Adambaşına ÜDM-nin həcmi 2103,9 manat (artım 14,2%), 30,8% - sənaye məhsullları, 23,6% - tikinti sektoru təşkil edib”,- deyə regional büroya Komitə nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsullarının həcmi 14,5% artıb və 402 mln. 338 min manat, investisiyaların həcmi – 13,1% artıb və 462 mln. 840 min manata çatıb. Dövlət sənaye sektorunda 29 mln. 392 min manat, özəl sektorda isə - 372 mln. 946 min manat məbləğində məhsullar istehsal olunub.
Məlumata əsasən, 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə birinci yarımillikdə kənd təsərrüfatı məhsullarının həcmi 5,5%, yük daşınmalarının həcmi – 10,6%, informasiya və rabitə xidmətlərinin – 6,6%, pərakəndə ticarət dövriyyəsinin – 14,6% artıb.
“2012-ci ilin altı ayı ərzində Muxtar Respublikada xarici ticarət dövriyyəsinin həcmi $183 mln.-a çatıb, bu isə ötən ilin analoji göstəricisindən 4,9% çoxdur. Xarici ticarət dövriyyəsinin $35 mln. 55 min və ya 19,1%-i ixrac, $148 mln. 206 min və ya 80,9%-i - idxal, $113 mln. 151 min – müsbət saldo təşkil edib. Son bir il ərzində idxalın həcmi 0,3% azalıb, ixtracın həcmi isə 6,3% artıb”,- deyə agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, birinci yarımillikdə əhalinin gəlirləri 4,8% artıb və 691 mln. 260 min manata çatıb. Onların həcmi adambaşına 1643,2 manat (artım 2,7%) təşkil edib. Orta aylıq əmək haqqının məbləği 8,9% artıb və 358,4 manat təşkil edib.