Oktyabrın 15-16-da Bakıda altıncı Xəzər Neft-Qaz Ticarət-Nəqliyyat Konfransı keçiriləcək. Bu barədə konfransın təşkilatçısı olan Böyük Britaniyanın “Confidence Capital” şirkətindən məlumat verilib.
Konfrans Xəzər regionunda enerji layihələrinin inkişaf tendensiyaları və ssenarilərinin, Xəzərdə neft emalı və neft-kimya sənayesinin inkişaf perspektivlərinə, ixrac bazarları və marşrutlarına, Xəzər və Qara dəniz hövzələrində qaz layihələrinin müzakirəsinə həsr olunacaq.
Konfrans çərçivəsində “Enerji layihələrinin inkişafının geosiyasəti, və regionda əsas oyunçular”, “Şərq-Qərb enerji layihələrinin inkişafında Azərbaycanın enerji layihələrinin rolu”, “Neft emalında yeni texnologiyaların tətbiqi – Xəzərdə və Mərkəzi Asiyada neft emalı zavodlarının modernləşdirilməsi və tikintisi üzrə layihələrin reallaşması”, “Xəzər regionunda neft tədarüklərinin qiymət qoyulması, tarifləri və hüquqi aspektləri, Çin, Iran, Qara dəniz regionuna təchizat” mövzularında əruzələr ediləcək.
Həmçinin Xəzərin və Qara dənizyanı port qüclərinin icmalı təqdim ediləcək, qazın satış bazarları (Türkiyə, Çənub-Şərqi Avropa), Cənub qaz dəhlizinin nəqliyyat layihələrinin formalaşmasında Azərbaycanın rolu və qazın yeni nəql və ixrac yolları müzakirə olunacaq.
Bundan başqa, konfrans çərçivəsində oktyabrın 17-18-də Bakıda “Neft emalı və neft-kimya” mövzusunda ixtisaslaşdırılmış seminar keçiriləcək. Seminar iştirakçıları Avropa və MDB-nin neft məhsulları və neft-kimya bazarlarında tələbata, Xəzər regionunun və MDB-nin neft və kimya emalı məhsullarının imkanlarına, neft emalında investisiyalar və nanotexnologiyaların tətbiqinə aid məsələlər müzakirə olunacaq.