Avqustun 8-də Naxçıvan- Zaqatala- Naxçıvan yeni sərnişin aviareysi açılacaq.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə Naxçıvan Beynəlxalq Hava Limanından xəbər verilib.
“Yeni istiqamətdə aviareyslər «ATR-72” tipli təyyarələrlə həftənin çmərşənbə və şənbə günləri həyata keçiriləcək.Uçuş 55 dəqiqə çəkəcək.Biletlərin qiyməti bir istiqamətdə 49 manat təşkil edir.Naxçıvandan uçuş vaxtı saat 11.40-da , Zaqqataladan Naxçıvana uçuş vaxtı 14.20-dədir”- deyə agentliyin regional bürosuna hava limanından bildirilib.
Hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Naxçıvan –Bakı, Naxçıvan - Gəncə, Naxçıvan- Moskva və Naxçıvan - İstanbul marşrutları üzrə sərnişin reysləri həyata keçirilir.