SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) Ukraynanın Lvov vilayətində üç yeni yanacaqdoldurma məntəqəsi açıb. Bu barədə şirkətin məlumatında bildirilir.
Məntəqələrin biri Lvov şəhərində, digərləri bu vilayətin Yavorovsk rayonunun Malexiv və Javkovsk rayonunun Ryasno Russkoye kəndlərində yerləşir.
Əvvəllər bu YDM-lər “GFC” brendi ilə işləmiş, “SOCAR Energy Ukraine” MMC (SOCAR-ın törəmə strukturu) tərəfindən alındıqdan sonra isə rebrendinq işləri aparılıb.
Məntəqələrdə Avro-4 və Avro-5 standartlarına uyğun ənənəvi A-95 və A-92 benzin növləri ilə yanaşı, Nano 95 və Nano dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.
Hazırda SOCAR-ın Ukraynada mövcud YDM-nin 30-dan 7-si Lvov vilayətində yerləşir.