Elektron xidmətlərdən istifadə iqtisadiyyatın dayanıqlı inkişafına kömək edir.İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov nazirlik tərəfindən göstərilən elektron xidmətlərin təqdimat mərasimində belə bildirib.
Onun sözlərinə görə, nazirlik tərəfindən elektron xidmətlər bölməsində 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.
“Rəsmi sayt vasitəsi ilə sahibkarlar iki növ lisenziya, eləcə də məişət sertifikatları, hüquqi-normativ baza, tariflər barəsində məlumatlar ala biləcəklər”.- deyə N.Səfərov əlavə edib.
Tədbirdə müvafiq dövlət qrumlarının, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD),İnkişaf və əməkdaşlıq idarəsinin (TİKA), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ),Beynəlxalq Valyuta Fondunun . Dünya Bankının nümayəndələri iştirak edib.