2012-ci ilin I yarısında Azərbaycan Beynəlxalq Bankının (ABB) plastik kartlar üzrə əməliyyatlarının ümumi həcmi 11,2 milyondan, onların həcmi isə 1,74 mlrd. manatdan çox olub. Bu barədə bankın məlumatında bildirilir.
Bununla yanaşı, bütün əməliyyatların 96,4%-i ölkə daxilində aparılıb və onların dövriyyəsi əməliyyatların ümumi həcmindən 95,6% təşkil edib
2012-ci ilin birinci yarısında pos-terminallar üzrə əməliyyatların sayı 914 minə çatıb ki, bu da 2011-ci ilin analoji dövrünün müvafiq göstəricisini 33,8% üstələyir.
Bankın fəal plastik kartlarının sayı 2012-ci il iyulun 1-nə 2 mln. 153,338 min ədəd, pos- terminallarının sayı 4454 təşkil edib ki, bu da keçən ilin analoji dövrünün göstəricisindən 23.3% çoxdur.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.