Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin(RİTN) Məlumat Hesablama Mərkəzi bu günə qədər 2 mindən çox elektron imza (e-imza) verib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə belə bildirib.
O həmçinin, dövlət qurumları arasında "e-imza" verilməsi prosesinin aktivləşdiyini qeyd edib.”Hazırda 40-dan çox dövlət qurumu "e-imza alıb"”.- deyə E.Vəlizadə söyləyib.
“e- hökumət” portalına 124 e-xidmət göstərən təxminən 30 dövlət orqanı qoşulub. Elektron hökumət sisteminə qoşulan dövlət təşkilatlarının sayının artırılması üzrə işlər aparılır”.- deyə nazir müavini bildirib.