Serbiyanın ”Benis Sapital Solution", "Tigar" və "Schlafseite" şirkətləri azərbaycanlı iş adamlarına əməkdaşlıq təklif edir.Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun saytında (Azpromo) məlumat verilib.
Serbiya şirkətləri xüsusi ilə öz məhsullarının satışı üçün Azərbaycanda tərəfdaş tapmağı planlaşdırır.
"Benis Spatial Solution" şirkəti 20 ildən çoxdur fəaliyyət göstərir.Şirkətin fəaliyyəti müxtəlif avadanlıqların, konstruksiyaların istehsalı və satışı üzrə ixtisaslaşıb.
“Tigar" şirkəti müxtəlif növ çəkmələrin istehsalı və satışı ilə məşğuldur.
"Schlafseite” şirkəti döşəklərin istehsalı və satışını həyata keçirir.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.