Azərbaycanın Dəməşqdəki səfiri Mahir Əliyev və səfirliyin digər əməkdaşları yaranmış vəziyyəti və təhlükəsizlik amillərini nəzərə alaraq Suriyanı tərk ediblər. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, səfirlikdə qeydiyyatda olan Azərbaycan vətəndaşları (təxminən 60 nəfər) da Suriyanı tərk ediblər.