Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası dövlət orqanlarında vakant yerlərə növbəti müsabiqəni elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komissiyadan məlumat verilib.
“ Bu gün dövlət mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 556 ,apelyasiya və birinci instansiya məhkəmələrinin dəftərcxanalarında 146 yerinn tutulması üzrə müsabiqədə iştirak üçün Azərbaycan vətəndaşlarından sənədlərin qəbuluna başlanılıb”,-deyə çərşənbə axşamı i prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasından bildirilib.
“Sənədlərin qəbulu 30 gün ərzində davam edəcək”.- deyə məlumatda əlavə edilir.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası ölkə başçısının 19 yanvar 2005-ci il tarixli müvafiq fərmanı ilə yaradılıb. Komissiya ilk dəfə dövlət orqanlarına vakant yerlərə müsabiqəni 2007-ci ilin martında keçirib.