Prezident İlham Əliyev Londona işgüzar səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Devid Kemeronla görüşüb. Bu barədə rəsmi mətbuat xəbər verir.
Görüşdə tərəflər iki ölkə arasındakı əlaqələri müzakirə ediblər, enerji və qeyri-neft sektoru sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıblar.
Azərbaycan ilə Böyük Britaniya arasında beynəlxalq təhlükəsizlik sahəsindəki münasibətlərin də müzakirə olunduğu görüşdə ölkəmizin NATO və Əfqanıstandakı beynəlxalq koalisiyaya dəstəyi yüksək qiymətləndirilib.
Görüşdə regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Məlumata görə, görüş dünən baş tutub.