Rusiyadakı Azərbaycan diasporu növbəti Azərbaycan-Rusiya iqtisadi forumun Ulyanovskda keçirilməsi təşıbbüsü ilə çıxış edib.
“İnterfaks-Azərbaycan” agentliyinə Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu təşəbbüs avqustun 5-dən 7-dək Türkiyənin Bodrum şəhərində keçirilən “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forumun yekun sənədinə daxil edilib.
Növbəti Azərbaycan-Rusiya iqtisadi forumun keçirilməsi ilə əlaqədar sənəddə həmçinin Azərbaycan Nazirlər Kabinetinə müvafiq təkliflər əks olunub.
Komitənin məlumatına əsasən, forumun işində çıxış edən Ümumrusiya Azərbaycan Konqresinin Moskva Regional Təşkilatının rəhbəri İlqar Hacıyev soydaşlarımızın bir çox hallarda öz hüquqlarını bilmədiklərinə görə problemlərlə qarşılaşdıqlarını bəyan edib. təşkilatın hüquq-müdafiə mərkəzlərinin fəaliyyəti haqqında məlumat verib. O, azərbaycanlıların hüquqlarının qorunması, soydaşlarımıza hüquqi yardımların göstərilməsi sahəsində görülən işlər, təşkilatın Rusiyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələri barədə forum iştirakçılarına məlumat verib.